Sizin Reklam Burada
Xəbər lenti
23-10-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda məhkum məhkumu ülgüclə ÖLDÜRMƏK İSTƏDİ

Tarix: 18-09-2024 22:09     Baxış: 3417 A- / A+
Cəzaçəkmə müəssisəsində öz məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Azər Şalıyevin məhkəməsi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə istintaqın yekunlaşdığı elan edilib.

Prokuror Babaxan Həsənəliyev çıxış edib. O bildirib ki, məhkəmə istintaqı zamanı Azər Şalıyevin hadisəni törətməsi təsdiqlənib.

Prokuror çıxışında məhkəmədən 16 il cəza istəyib.

Daha sonra Azər Şalıyevin vəkili çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti prosesi oktyabrın 2-nə təyin edilib.
Qeyd edək ki, hər iki şəxs eyni cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayıb. Azər Şalıyev aralarında yaranan mübahisə zamanı Şəhriyar Baxışəliyevin boğazına ağır xəsarət yetirib.

Azər Şalıyevə qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumat üçün bildirək ki, hər iki şəxs ölüm işi ilə məhkumluq həyatı yaşayırdı. Belə ki, təqsirləndirilən şəxs Azər Şalıyevin cəzasının bitməsinə 1 il 7 ay, zərərçəkmiş şəxs Şəhriyar Baxışəliyevin isə 3 ilə yaxın müddəti qalıb. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar