Məlumat verilir ki, 2023-cü ilin sentyabrında Kadırovun daxili orqanları sıradan çıxıb.
Çeçenistan rəhbəri Ramzan Kadırov bir neçə transplantasiyadan sağ çıxıb.
Xarici media bildirir ki, onun qohumları olmayan donorların orqanları ilə bağlı bütün cəhdlər uğursuzluqla nəticələnib, lakin həkimlərin inandırdığı kimi, əmisi Maqomedin donor böyrəyi köməyinə çatıb.
“2023-cü ilin sentyabrında Ramzan Kadırov təcili olaraq Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib, VİP xəstədə kəskin pankreatit yaranıb və bu fonda daxili orqanlar sıradan çıxıb.
Əvvəllər bildirilirdi ki, bir neçə ay əvvəl Kadırov Putinin Federal Məclisə mesajını qaçırıb və buna görə də media onun başqa müalicə kursu keçməsi xəbərini müzakirə edib.
Daha sonra qeyd olunub ki, sanksiyalara baxmayaraq, Qroznıya yalnız bir nəfərin ehtiyacları və onun xəstəliyi üçün xüsusi palata yaratmaq məqsədilə zəruri olan çox bahalı və müasir tibbi avadanlıq gətirilib.
Xatırladaq ki, əvvəllər Kadırovun böyrəklərində həqiqətən problem olduğu bildirilib. Kadırovun vəziyyəti ilə bağlı rəsmi şərh verilməyib, lakin onun ictimai məkandan itməsi dərhal diqqəti cəlb edir. Qeyd olunub ki, xəstəlik şayiələri fonunda Kadırov varislər hazırlamağa da başlayıb.lent.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar