Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Vətəndaşları jurnalist adı ilə şantaj edənlər həbs edildi

Tarix: 17-09-2024 13:56     Baxış: 358 A- / A+

Saatlı və Ağsu rayonlarında özlərini jurnalist kimi təqdim etməklə ayrı-ayrı şəxsləri şantaj edənlər DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Saatlı TV" kanalı və tiktokda "13Asim13" adlı profilin istifadəçisi Asim Əliyev saxlanılıb. Həmçinin instaqramda "agsudan xeber" adlı profilin idarəçisi Samir Cəfərov cinayət məsuliyyətinə cəlb edilib.

Hər iki şəxsin barəsində 20-yə yaxın şikayət üzrə araşdırma aparılıb. Onlar həmin şəxslərin barələrində neqativ məlumatları sosial şəbəkələrin hesab və kanallarında yayacağı hədəsi və dələduzluq yolu ilə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul tələb ediblər.
S.Cəfərov və əvvəllər məhkum olunan A.Əliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq həbs ediliblər.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar