Nərimanov rayonunda yerləşən mağazaların birindən müxtəlif markalı mobil telefon və noutbukların oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törədən əvvəllər məhkum olunmuş şəxslər Mehman Mehdiyev, Kamran Hacıyev və Asim Məhərrəmov saxlanılıblar.
Araşdırmalar zamanı onların Nərimanov rayonunda əlavə olaraq “Toyota Prius” markalı avtomobil qaçırdıqları da müəyyən edilib. Dəstə üzvləri həmin gecə paytaxt ərazisində eyni model başqa bir nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da oğurlayaraq qaçırdıqları avtomobilin üzərinə bağlayıb idarə ediblər. Bundan başqa bu şəxslərin Gəncə, Şəmkir və Binəqədi rayonları ərazilərində də mağazalardan oğurluqlar etdikləri məlum olub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvlərinin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar