Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyada azərbaycanlı pulsuzluqdan quldurluq etdi

Tarix: 11-09-2024 10:33     Baxış: 374 A- / A+


Rusiyada azərbaycanlı pulsuzluqdan  quldurluq etdi
Rusiyanın Murmansk vilayətində taksi sürücüsünü qarət etməkdə şübhəli bilinən 36 yaşlı Azərbaycan Respublikası vətəndaşı həbs edilib.
Yerli KİV-nin məlumatına görə, Murmansk şəhərinin 34 yaşlı sakini olan taksi sürücüsü polisə şikayət edib. O bildirib ki, götürdüyü sərnişin ünvana çatanda onun boynundakı qızıl boyunbağını qoparıb və naməlum istiqamətə qaçıb. Nəticədə taksi sürücüsünə 40 min rubl məbləğində ziyan dəyib.
Polis tez bir zamanda hadisədə şübhəli bilinən şəxsi müəyyən edib. Onun əvvəllər məhkumluğu olmayan 36 yaşlı Azərbaycan vətəndaşı olduğu məlum olub. O, təqsirini etiraf edib və maddi vəziyyətinin ağır olması səbəbindən boyunbağını lombarda satmağı planlaşdırdığını deyib. Ancaq qızıl lombarda satılmamış azərbaycanlı saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb. Şübhəli şəxsi 4 ilə qədər həbs cəzası gözləyir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar