Xəbər lenti
Şəkidə təmir olunan maşın yanaraq kül oldu

Hadisə şahidlərinin sözləri və yanğın yerinin ilkin təhqiqatından sonra bəlli olub ki, rayon sakini Rafiq Həsənov özünə məxsus avtomobili təmir üçün sexdəki ustalardan birinə təhvil verib.
Usta təmir işləri apararkən köməkçisinə avtomobilin yanacaq çənindən benzin çıxarmasını tapşırıb. Hadisə də elə bu anlarda baş verib. Alovlanma baş verən andan yaxınlıqdakı digər sexin işçiləri tədbir görməyə başlayıblar. Həmçinin hadisə yerinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti cəlb olunub. Yanğın söndürənlərin səyi nəticəsində yanğının genişlənərək bitişik sexlərə keçməsinin qarşısı alınıb. Lakin təmir edilən avtomobilin konstruksiyaları yanıb. Hadisə zamanı tüstüdən boğulma və xəsarət alan olmayıb. Yanğının daha dəqiq başvermə səbəbləri araşdırılır. bizim.media
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar