Xəbər lenti
Hərbi hissədə əsgəri güllələdilər - VİDEO
İyunun 7-də məzuniyyətini bitirib xidmət etdiyi hərbi hissəyə qayıdan əsgərin iyunun 13-də ailəsinə meyidi gətirlib.
Bakının Bakıxanov qəsəbəsində yaşayan Ağdamdan məcburi köçkün olan 19 yaşlı Orxan Hüseynov hərbi xidmətdə aldığı güllə yarasından dünyasını dəyişib.
Mərhum əsgər O.Hüseynovun ailə üzvlərinin sözlərinə görə, o, iyunun 12-də gecə saatlarında Fizuli rayonunda yerləşən N saylı hərbi hissədə əsgər yoldaşı tərəfindən güllələnilib. Əsgərin cənazəsini gətirən hərbiçilərin mərhumun ailəsinə verdiyi xəbərə görə, Orxan Hüseynovu əsgər yoldaşı avtomatla güllələyərək qaçıb. Orxan Hüseynov isə yaralı halda onun arxasınca qaçaraq tutmaq istəyib. Çoxlu qan itirən Orxan aldığı güllə yarasından dünyasını dəyişib. Qətli törədən əsgəri isə atası hüquq-mühafizə orqanına təhvil verib.
Qeyd edək ki, O.Hüseynov ailənin yeganə övladı olub, valideynlərini isə xeyli müddət əvvəl itirdiyindən nənəsinin və bibisinin himayəsində böyüyüb. O, növbəti məzumiyyətə gəlib və iyunun 7-də məzuniyyətini başa vuraraq xidmətə qayıdıb.
Ailəsi bildirir ki, hazırda şokdadırlar. Baş verən hadisənin təsirindən çıxdıqdan sonra mətbuata açıqlama verəcəklər.
Müdafiyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərghlı Gununsesi.info-ya açıqlamasında bildirib ki, bununla bağlı gün ərzində rəsmi məlumat veriləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar