Xəbər lenti
Şəmkir sakini dayısını bıçaqladı – Təfərrüat

Şəmkir rayonunda bıçaqlanma baş verib.
Hadisə rayonun Talış kəndində qeydə alınıb.
Yaşadığı evdə bıçaqlanan 1972-ci il təvəllüdlü Həbib Mehdiyev xəstəxanaya yerləşdirilib, vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Həbib Mehdiyevi 1985-ci il təvəllüdlü bacısı oğlu Taleh Osmanovun bıçaqladığı məlum olub.
Polis Taleh Osmanovu həbs edib. O, törətdiyi cinayəti etiraf edərək bildirib ki, hadisədən əvvəl dayısı Həbib Mehdiyevlə yeyib-içib. Sərxoş olan dayı və bacıoğlu mübahisə edib. Pul borcu üstündə mübahisə sonda qanlı olayla nəticələnib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar