Xəbər lenti
Qaxda mikroavtobusla minik avtomobili toqquşub, Türkiyə vətəndaşı xəsarət alıb

Qaxda "Mercedes Vito" markalı mikroavtobus və “Lexus” markalı minik avtomobili toqquşub.
Manevr.az apa-ya istinadən xəbər verir ki, Türkiyə vətəndaşının xəsarət alması ilə nəticələnən yol qəzası saat 15.00 radələrində şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusla “Lexus” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammed Sağlam müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Muhammed Sağlam Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar