Sizin Reklam Burada
Xəbər lenti
24-12-2025
23-12-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda faciə: Reklam löhvəsi gəncin başına düşdü - Video

Tarix: 16-06-2017 22:50     Baxış: 3394 A- / A+
Bakıda faciə:


Bakıda Metronun "Koroğlu" stansiyasının yaxınlığında faciə ilə nəticələnən qəza baş verib.

Bakıda Metronun "Koroğlu" stansiyasının yaxınlığında faciə ilə nəticələnən qəza baş verib.

Xəbərdə bildirilirdi ki, yol kənarındakı dəmir reklam lövhənin aşması nəticəsində yaxınlıqdakı gənc oğlan ağır xəsarət alıb. Sosial şəbəkədə yayılan məlumata görə, ağır xəsarət alan gənc dərhal xəstəxanaya çatdırılıb.

Bu gün həmin hadisə ilə bağlı yeni məlumatlar yayılıb.

Qeyd olunur ki, hadisə paytaxtın Nizami rayonu, Dərnəgül yolunda baş verib. 30 yaşlı Samir Bağırov səki ilə gedərkən qəfil üzərinə reklam löhvəsi aşıb. Şahidlər xəsarət alan gənci 3 saylı şəhər klinik xəstəxanasına çatdırıblar.

Samir Bağırovun anası deyir ki, vəziyyəti ağırdır. O, baş və bədənin müxtəlif nahiyələrindən xəsarətlər alıb.

Hadisə ilə bağlı polisə şikayət verən Arzu Bağırova deyir ki, bir gün keçsə də onlarla maraqlanan yoxdur. Ailənin maddi imkanı zəif olduğundan tək övladlarnın xəstəxana xərclərini qarşılaya bilmir. Zərərçəkmişin anası həmin reklam löhvəsini quraşdıranlardan və ya reklam şirkətindən xərcləri qarşılamağı tələb edir.

Reklamçılar İttifaqı İctimai birliyinin sədri Hacıəmi Atakişiyev deyir ki, məsələ dəqiqliklə araşdırılmalıdır. Əgər həmin löhvəni ora qoyan şirkətin sığortası varsa, dəymiş ziyan ödənməlidir.teleqraf.com

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar