Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Tarix: 15-08-2024 21:52     Baxış: 3163 A- / A+
Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutulduNaxçıvan Muxtar Respublikasının Şərur rayonunda üç azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş 1960-cı il təvəllüdlü Seyidağa Həşimov (ad və soyadlar şərtidir) həbs edilib.

Şərur rayonunun kəndlərindən birinin sakini olan 64 yaşlı kişi Türkiyədən Azərbaycana qayıdarkən tutulub.

Araşdırmalar zamanı məlum olub ki, o, 2023-cü il ərzində işlətdiyi mağazada həmkəndliləri olan 2013, 2014 və 2016-cı il təvəllüdlü üç uşağa qarşı seksual xarakterli zorakılıq əməlləri törədib. Uşaqlar valideynlərinə bu barədə bildirdikdən sonra polisə müraciət edilib və cinayət işi açılıb. Bu zaman Türkiyəyə gedən Seyidağa ölkəyə qayıdarkən tutulub. Azyaşlılar bildiriblər ki, mağaza sahibi onlara şirniyyat və digər qida məhsulları verərək iyrənc hərəkətlər edib.

Avqustun 12-də Naxçıvan Ağır Cinayətlər Məhkəməsində S.Həşimova hökm oxunub. O, Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 16 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. publika.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar