Xəbər lenti
Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Şərur rayonunun kəndlərindən birinin sakini olan 64 yaşlı kişi Türkiyədən Azərbaycana qayıdarkən tutulub.
Araşdırmalar zamanı məlum olub ki, o, 2023-cü il ərzində işlətdiyi mağazada həmkəndliləri olan 2013, 2014 və 2016-cı il təvəllüdlü üç uşağa qarşı seksual xarakterli zorakılıq əməlləri törədib. Uşaqlar valideynlərinə bu barədə bildirdikdən sonra polisə müraciət edilib və cinayət işi açılıb. Bu zaman Türkiyəyə gedən Seyidağa ölkəyə qayıdarkən tutulub. Azyaşlılar bildiriblər ki, mağaza sahibi onlara şirniyyat və digər qida məhsulları verərək iyrənc hərəkətlər edib.
Avqustun 12-də Naxçıvan Ağır Cinayətlər Məhkəməsində S.Həşimova hökm oxunub. O, Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 16 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar