Xəbər lenti
Nişanlı qızın ayaqqabıları atasını ölümə apardı - 20 yaşlı gəncin ailəsinə yaşatdığı FACİƏ
Cəlilabad rayonunun Moranlı kəndində quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüat məlum olub.1981-ci il təvəllüdlü Həsənağa Məmmədov təxminən 15 metr dərinliyində olan su quyusuna düşən qızı, 2004-cü il təvəllüdlü Nəsibə Məmmədovanı xilas etməyə çalışarkən özü də quyuya düşərək boğulub.
Hadisə zamanı qız evdə tək olub. Qonşu kənddə qonaq olan ata evə qayıtdıqdan sonra qızını axtarmağa başlayıb və onun ayaqqabılarını quyunun kənarında görüb. Qızının quyuya düşdüyünü başa düşən ata su şlanqı vasitəsilə onu çıxarmağa çalışıb. Lakin şlanq qırıldığı üçün o da boğularaq dünyasını dəyişib.
Kənd sakinlərinin sözlərinə görə, qız adətən quyudan kəndir vasitəsilə su çəkirmiş. Hadisə zamanı isə evin xanımı Bakıda müalicədə olub.
Qeyd edək ki, dünyasını dəyişən Nəsibə Məmmədova nişanlı imiş. report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































