Xəbər lenti
London küçələrində polislə oğru arasında qaçdı-qovdu: Bir saata 24 telefon oğurladı

Bu barədə "Independent" nəşri məlumat yayıb.
Qeyd olunub ki, oğru və onun əlaltısı 20 min funt sterlinq dəyərində telefon oğurlayıblar.
Oğurluqlar barədə məlumat paytaxt polisinin qəbul mərkəzlərinə daxil olan kimi oğrunun axtarışına başlanılıb. Şəhərin müşahidə kameraları sistemi sayəsində polis oğrunun hərəkətlərini diqqətlə izləyib və patrul maşınlarını onun qarşısını kəsmək üçün yönləndirib.
Oğru skuterdən düşüb qaçmağa cəhd edəndə onu saxlayıblar. Onun çantasından 22 telefon tapılıb, daha ikisi isə polisin zərbəsi nəticəsində yerə düşüb.
Məhkəmə oğrunu hər oğurluq ittihamı üzrə 20 ay, skuteri təhlükəli sürdüyünə görə isə əlavə 4 ay həbs cəzasına məhkum edib. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar