Sizin Reklam Burada
Xəbər lenti
27-09-2025
12:56
 
26-09-2025
25-09-2025
BÜTÜN XƏBƏRLƏR

Müdafiə Nazirliyinin daha bir zabit həbs edildi

Tarix: 13-08-2024 17:11     Baxış: 3150 A- / A+


Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda yeyintiyə görə daha bir zabit həbs edilib.
Manevr.az “Qafqazinfo”ya istinadən bildirir ki, MN-in N saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra edən Namiq Mirzəyev barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Belə ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri zamanı Namiq Mirzəyevin Müdafiə Nazirliyində məlum maliyyə araşdırmaları və həbslərdən sonra da 2023-2024-cü illərdə eyni üsullarla xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsəmə əməllərini davam etdirdiyi məlum olub.
Qeyd edək ki, N.Mirzəyev bir müddət əvvəl Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda mənimsəməyə görə həbs edilmiş Maliyyə-Büdcə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov və digərlərinin barəsində olan cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə vermişdi.
Hazırda DTX-də istintaqı aparılan cinayət işi üzrə Namiq Mirzəyev Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar