Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nəşi tapılan hərbçimizin atası: "Həmişə deyirdi ki, istəyirəm..."

Tarix: 07-08-2024 09:04     Baxış: 483 A- / A+



İki il əvvəl Laçında itkin düşən hərbi qulluqçular - Fərid Məmmədov və Firdovsi Abdullayevin meyitləri Kəlbəcərdən tapılıb.
Onlar yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüblər.
Nəşi tapılan hər iki hərbçimiz 2003-cü il təvəllüdlüdür.

Manevr.az xəbər verir ki, Firdovsi Abdullayevin atası Mais Abdullayev Modern.az-a açıqlamasında bildirib ki, oğlu cümə axşamı günü Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn ediləcək.
O, iki il ərzində oğlunun sağ olduğuna ümidli olduqlarını deyib:
"Bu iki il ərzində oğlumuzun sağ olmasına ümidliydik. Ümumiyyətlə, onun tapılıb bizə təhvil veriləcəyinə inanırdıq. Allah Prezidentimizin canını sağ eləsin! Qurumlara lazımi tapşırıqlarını verdi, nəticədə, uşağımızı tapıb bizə verdilər".
M.Abdullayev oğlunun güləşçi olmaq istədiyini bildirib:
"Mənim oğlum güləşçi idi. Medalları da var. Goranboyda da, Türkiyədə də güləşib. Daha sonra qaydasız döyüşlə məşğul olmağa başladı. Həmişə də deyirdi ki, istəyirəm güləşçi olum. Hərbi xidmətə gedəndən sonra isə zabit kimi qalmaq istəyirdi".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar