Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ailə üzvlərini qəsdən öldürən şəxslə bağlı qərar

Tarix: 06-08-2024 19:11     Baxış: 395 A- / A+


İki nəfər ailə üzvünü qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Qeyd olunub ki, cari il aprelin 19-da Sumqayıt şəhəri ərazisində Hakim Məmmədov və Zərifə Məmmədovanın öldürülmələrinə dair şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
İbtidai istintaq zamanı 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun aralarında baş verən mübahisələr səbəbindən Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən mənzillərdən birində aşkar surətdə köməksiz vəziyyətdə olan atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Fikrət Məmmədova Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9 (xüsusi amansızlıqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürmə) və digər maddələrilə yekun ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar