Xəbər lenti
Qonşusuna əmanət etdiyi körpəsi öldü
ABŞ-ın Arizona ştatında polis 6 aylıq bir körpənin avtomobilin arxa oturacağında təxminən 7 saat təhlükəsizlik kəmərinə bağlı qalaraq öldüyünü açıqlayıb.Uşağın anası qonşusundan 6 aylıq körpəsini Preskott Vadisinə aparmasını istəyib. Qayıdarkən körpə qonşunun avtomobilinin arxa oturacağında yatıb.
Bildirilib ki, qonşu saat 14:00 radələrində evə gəlib, maşını qızmar günəş altında saxlayıb və körpəni maşında unutduğunu iddia edərək evə daxil olub.
Körpənin atası saat 8:45 radələrində anaya zəng edərək qonşunun körpəni nə vaxt ona gətirəcəyini soruşub.
Hələ işdə olan ana qonşuya zəng edir. Qonşu körpəni maşında unutduğunu o zaman fərqinə varıb.
Polis hadisə ilə bağlı açıqlamasında ana, ata və qonşunun saxlanıldığını və istintaqın davam etdiyini
bildirib. news24.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































