Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Hacı Şahinin yerinə gələn imama sui-qəsd cəhdi: Özü şok detalları açıqladı

Tarix: 31-07-2024 15:32     Baxış: 3115 A- / A+


Bir nəfər olub, gəlib məscidə məni axtarıb, istəyib ki, xətər yetirsin, qəsd etsin. Ancaq əli mənə çatmayıb, məscidin xidmətçilərindən birinə xətər yetirib. Hansısa dini dözümsüzlükdəndi, nədəndi, səbəbini bilmirəm.
Manevr.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a Məşədi Dadaş Məscidinin imamı Əli Şərbətov ona edilən sui-qəsd cəhdi ilə bağlı danışarkən deyib.
Əli Şərbətov ona qəsdə cəhd edən şəxsi tanımadığını söyləyib: "Məhkəmə istinaqında hər şey aydınlaşacaq. Həmin şəxsi heç vaxt tanımamışam. Şübhələndiyim də kimsə olmayıb. Heç kimlə ədavətim, düşmənçiliyim yoxdur. Mən sadə din xadimiyəm. İnsanlar fərqli dünyagörüşlərə malikdirlər. Şükür, məcsiddə sakitlikdir. Vaxtı-vaxtında dini ayinlər icra olunur, sabitlikdir”.
Qeyd edək ki, 30 dekabr 2023-cü il tarixdə Məşədi Dadaş məscidinin imamı Əli Şərbətova sui-qəsdə cəhd edilib. Həmin tarixdə Elşən Hüseynov adlı şəxs məsciddə Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənliyə çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqavimət göstərməsi səbəbindən Əli Şərbətovun xidməti otağına girə və sui-qəsd istəyini reallaşdıra bilməyib.
Hüseynov Elşən Fəxrəddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.6, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 və 277-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar