Xəbər lenti
Bakıda iki avtobus toqquşub, yaralananlar var

Bakıda avtobus qəzası baş verib.
Manevr.az apa-ya istinadən bildirir ki, hadisə metronun "Ulduz" stansiyasının yaxınlığında qeydə alınıb.
36 və 38 saylı marşrut avtobuslarının toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 15:00 radələrində Nərimanov rayonu ərazisindən 2 avtobusun toqquşması səbəbilə çağırış daxil olub.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 2 nəfər şəxs (qadın cinsli) müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Nərimanov rayonu, Müzəffər Nərimanov və Xəlil Rza Ulutürk küçələrinin kəsişməsi, Ziya Bünyadov prospekti istiqamətində baş verib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar