Xəbər lenti
Moskvada rusiyalı milyarderin oğlu saxlanılıb

Bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, 23 yaşlı Timur Bajaev "Lujniki" stadionu yaxınlığında saxlanılarkən polis əməkdaşlarını döyüb.
O, tezliklə tibbi müayinəyə göndərilməlidir. Daha sonra onun barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi məhkəmə iclası gözlənilir. İstintaq Komitəsi artıq "hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə" maddəsi ilə cinayət işi açıb.
Timur Bajaevin atası tikinti, neft sənayesi ilə məşğul olan "Qruppa Alyans" konserninin prezidenti və ortaq sahibidir. O, həm də Uzaq Şərqdə və Krasnoyarsk diyarında əlvan metal yataqlarının emalı ilə məşğul olan "Russkaya platina" Şirkətlər Qrupunun direktorlar şurasının sədridir. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar