Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda ər yeddi uşaq anası olan arvadını rezin boru ilə döydü: "İcazə almadan mağazaya gedirdi"

Tarix: 23-07-2024 21:41     Baxış: 3108 A- / A+
Bakıda ər yeddi uşaq anası olan arvadını rezin boru ilə döydü: "İcazə almadan mağazaya gedirdi"Bakının Xəzər rayonunda 1973-cü il təvəllüdlü Nadir ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nərminə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Hadisəni törədən Nadirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nadir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Nərmin onun arvadıdır: "Birgə nikahımızdan yeddi övladımız var. Nərminin icazə almadan mağazaya getməsi səbəbindən aramızda bir neçə dəfə münaqişə oldu. Hadisə günü, saat 13:00 radələrində işdən evə gələn zaman Nərmin evdə olmadı. Bir müddət keçəndən sonra evə gəldi. Bu zaman aramızda mübahisə yarandı. Nərmini rezin boru ilə vurdum".

İş üzrə zərərçəkmiş Nərminin sözlərinə görə, evdə olmaması səbəbindən əri Nadir mübahisə yaradıb və onu rezin boru ilə vuraraq xəsarət yetirib: "Bu zaman oğlum bizi ayırdı. Təqsirləndirilən şəxslə barışmamışam, ondan şikayətçiyəm".

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nadir 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsə yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.

Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.

Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib. demokrat.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar