Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Səfa Mirzəyev vəfat etdi

Tarix: 23-07-2024 07:53     Baxış: 4101 A- / A+

Milli Məclis Aparatının sabiq rəhbəri, həqiqi dövlət müşaviri Səfa Mirzəyev vəfat edib.

Bu barədə  mərhumun ailəsindən məlumat verilib.

O, uzun sürən xəstəlikdən sonra biraz əvvəl dünyasını dəyişib.

Qeyd edək ki, Səfa Mirzəyev 1952-ci il mayın 12-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978–1990-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini və dosent vəzifələrində çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur.

1992-ci ildən Milli Məclis Aparatında işləyib. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.

6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri olub. 1995-ci ildə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olub. 11 may 2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə, 11 may 2022-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

İki il öncə Milli Məclisin Aparat rəhbəri vəzifəsindən azad edilib. O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar