Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyada xəstəxanada qeyri-adi hadisə: Üç yaşlı uşağın qulağından güllə çıxarıldı

Tarix: 17-07-2024 22:14     Baxış: 399 A- / A+
Rusiyada xəstəxanada qeyri-adi hadisə: Üç yaşlı uşağın qulağından güllə çıxarıldıRusiyada qəribə hadisə baş verib. Belə ki, üç yaşlı oğlan qulağında güllə zədəsi ilə xəstəxanaya yerləşdirilib.

Hadisə Moskva vilayətində qeydə alınıb.

Valideynlər bildiriblər ki, uşaq oyuncaq tapança ilə oynayarkən təsadüfən qulağına atəş açıb. Bundan sonra o, qulağında ağrıdan şikayətlənib, bu da böyükləri narahat edib. Onlar vaxt itirmədən Vidnoye xəstəxanasına tibbi yardım üçün müraciət ediblər.

Aparılan müayinə vəziyyətin ilk baxışdan göründüyündən daha ciddi olduğunu göstərib. Güllə xarici qulaq kanalında ilişib qalıb və hətta sümük hissəsinin divarına sıxışdırılıb.

Həkimlər dərhal cərrahi müdaxilə qərarı veriblər.

Vidnoye xəstəxanasının tibbi heyəti ailənin vaxtında yardım üçün müraciət etməsini xüsusi qeyd edib.

"Valideynlərin operativ hərəkətləri sayəsində ciddi fəsadların qarşısını almaq mümkün olub," - deyə xəstəxananın baş həkimi vəziyyəti şərh edib.

Gecikmənin mümkün nəticələri arasında eşitmənin zəifləməsi, qulaq kanalında yataq yaralarının əmələ gəlməsi və ikincili bakterial infeksiyanın inkişafı qeyd edilib.
Uşaq artıq evə buraxılıb. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar