Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

İrana bağlı hakerlər Azərbaycana hücum etdi

Tarix: 17-07-2024 18:41     Baxış: 3171 A- / A+


İran hökumətinə bağlı haker qrupu yeni kiber kampaniyada İsrail də daxil olmaqla, Yaxın Şərqin müxtəlif ölkələrində fəaliyyət göstərən təşkilatları hədəfə alıb.
Manevr.az xəbər verir ki, bu barədə “Çek Point” kibertəhlükəsizlik şirkəti məlumat yayıb.
Məlumatda bildirilib ki, “Muddy Water” kimi tanınan haker qrupu İsraildən başqa Azərbaycan, Portuqaliya, Türkiyə, Səudiyyə Ərəbistanı və Hindistana da yeni özəl zərərverici proqramdan istifadə edərək hücum edib.
“Çek Point” mütəxəssislərinin araşdırmalarının nəticələrinə görə, İrana bağlı hakerlər adıçəkilən ölkələrin hökumət təşkilatlarını, bələdiyyələri, medianı və səyahət agentliklərini hədəf alıblar.
Onların sözlərinə görə, 2024-cü ilin fevralında ən son hücum kampaniyasının aşkarlanmasından bəri yüzlərlə alıcıya 50-dən çox fişinq e-poçtu göndərilib.
Bununla yanaşı, “Sequoia” kibertəhlükəsizlik şirkəti də analoji hesabatda “Muddy Water” qrupunun müxtəlif qurumlara hücumlarının artdığını açıqlayıb.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar