Sizin Reklam Burada
Xəbər lenti
13-09-2024
12-09-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda dənizdə ikisi qardaş olmaqla üç nəfər yoxa çıxıb

Tarix: 12-07-2024 22:46     Baxış: 383 A- / A+
Bakı şəhəri, Xəzər rayonunun Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə batan üç nəfər yeniyetmə ilə bağlı bəzi detallar məlum olub.

Hadisə şahidi bildirib ki, axşam saatlarında yeniyetmələrin üçünü də suda görüb:

"Dənizin kənarında onlara yaxın yerdə "Mercedes-Benz" avtomobili dayanmışdı. İçərisində iki qadın, bir kişi və uşaq olub. Bir müddət sonra avtomobilin sürətlə hərəkət edib ərazidən getməsi diqqətimi çəkdi. Gəldik baxdıq ki, dənizdə heç kim yoxdur. Əgər boğulsaydılar, ərazidən qışqırıq səsləri eşidilərdi".

2008-ci il təvəllüdlü Abid və 2009-cu il təvəllüdlü Anarın atası Asif Aslanov bildirib ki, iki balam var idi, ikisi də batdı:
"Uşaqlar səhər dənizə getmək istəyirdilər. Dedim, qurban olum, getmə. Dedi, "ata, getmək istəyirəm", dedim ki, yaxşı, birlikdə rahat gedərik. Birdən nəsə olar deyə qoymurdum getsinlər".

Qeyd edək ki, hazırda batdığı ehtimal olunan şəxslərin, 2007-ci il təvəllüdlü Ağaşirin Ramin oğlu Ağayev, 2008-ci il təvəllüdlü Abid Asif oğlu Aslanov və 2009-cu il təvəllüdlü Anar Asif oğlu Aslanovun axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən davam
etdirilir.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar