Sizin Reklam Burada
Xəbər lenti
24-10-2026
23-10-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda narkotik çəkib avtoxuliqanlıq etdilər: Həbs olundular

Tarix: 11-07-2024 22:38     Baxış: 4168 A- / A+
Bakıda narkotik çəkib avtoxuliqanlıq etdilər: Həbs olundularPaytaxtda narkotik vasitənin təsiri altında sürət yarışı keçirən sürücülər saxlanılıblar.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata əsasən, paytaxtın Nərimanov rayonu H.Əliyev prospektində "Hyundai" markalı, 10-RM-044 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Orxan Qalib oğlu Abdullazadə və VAZ-21705 markalı, 10-XO-034 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Erol Azər oğlu Quluzadə avtoxuliqanlıq hərəkətləri etdikləri üçün idarənin əməkdaşları tərəfindən saxlanılıblar.

Sənədləri yoxlanılan zaman sürücülərin hərəkətləri şübhə doğurduğundan onların tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı O.Abdullazadənin və E.Quluzadənin narkotik vasitə qəbul etmələri də müəyyən olunub.

Sürücülər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokollar tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə O.Abdullazadənin və E.Quluzadənin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və onlar 15 sutka inzibati qaydada həbs ediliblər.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar