Sizin Reklam Burada
Xəbər lenti
29-05-2026
28-05-2026
BÜTÜN XƏBƏRLƏR

İranla sərhəddə atəş açıldı - Narkotik keçirməyə cəhd edən şəxslər saxlanıldı/ ŞƏKİL

Tarix: 06-07-2024 13:20     Baxış: 4294 A- / A+

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik keçirməyə cəhd edən şəxslər saxlanılıb.
Manevr.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyul ayının 3-də saat 23:27-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.
Sərhəd naryadının “Dayan!” əmrinə məhəl qoymayan sərhəd pozucuları qaçmağa cəhd göstərdikdən sonra “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq havaya xəbərdarlıq atəşi açılıb və onlar saxlanılıb.
"Araşdırma zamanı saxlanılan şəxslərin Qazax rayon sakinləri 1981-ci il təvəllüdlü Tarıverdiyev Anar Rafayil oğlu və 1983-cü il təvəllüdlü Carçıyev Sərvər Mehman oğlu olması müəyyən edilib, üzərilərinə baxış keçirilərkən 15 kiloqram 25 qram narkotik vasitə (15 kiloqram marixuana; 25 qram tiryək) aşkarlanaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir", - deyə məlumatda bildirilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar