Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Məktəbdə valideynlər arasında- MƏSƏLƏYƏ POLİS QARIŞDI

Tarix: 13-06-2017 16:17     Baxış: 1305 A- / A+
Məktəbdə valideynlər arasında-


Dünən Bakıdakı məktəblərdən birində valideynlər arasında insident baş verib.
Manevr.az lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu Abil Səfərov adlı 114 saylı orta məktəbdə tədris ilinin başa çatması ilə bağlı 3-cü sinif uşaqlarının valideynləri toplaşıb. Bu zaman valideynlərdən biri olan Abbasova Esmira Rəşid qızı onun övladına sataşan uşaqlardan birinə xəbərdarlıq edib və azyaşlını hədələyib.
Məktəbdəki digər valideynlərdən biri həmin uşağı himayəsində saxlayan bibisinə bu barədə dərhal xəbər verib. Uşağın bibisi tələsik məktəbə gəlib və E.Abbasova ilə dalaşaraq ona sillə vurub. Bundan sonra qadının ürəyi gedib. Çox keçmədən bu söhbət E.Abbasovanın həyat yoldaşına çatdırılıb və o da təcili məktəbə gəlib. Zərərçəkmişin yoldaşı dərhal polisə zəng edib və xəsarətin dərəcəsinin müəyyənləşdirilməsi üçün təcili tibbi yardım çağırıb. Məktəb rəhbərliyi nə qədər çalışsa da, valideynləri barışdıra bilməyib və onlar məsələni polis bölməsində ayırd etməyə gediblər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar