Xəbər lenti
Dələduzluq edib həbsdə yatdı, çıxıb yenə cinayət törətdi - MƏHKƏMƏ
100 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinən Emilya Həşimovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Manevr.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxışında məhkəmədən Emilya Həşimova 10 il müddətinə azadlıqdan məhrum edilməsini və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini təklif edib. İş üzrə zərərçəkən şəxslər onlara dəymiş ziyanım ödənilməsini istəyib. Daha sonra təqsirləndirilən şəxs ödəniş etmək istədiyini deyib və bunun üçün məhkəmədən vaxt istəyib.
Proses iyunun 22-də davam edəcək.
Qeyd edək ki, Emilya Həşimovanın cinayət işi üzrə 10 zərərçəkmiş var. Qadın onların bəzilərini işə düzəltmək adı ilə, bəzilərinə də əlillərin binasından ev almaq adı ilə dələduzluq edib. Ümumilikdə vətəndaşlara 101 min manat zərər vurulub. Xatırladaq ki, Emilya Həşimova əvvəllər dələduzluqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsində cəzası azaldılıb. Daha sonra amnistiya düşüb. 2013 də azadlığa çıxıb. Məhkumluğu tam ödənilməyib(lent.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar