Xəbər lenti
Bakıda vulkan püskürüb, evlərdə çatlar əmələ gəlib – Yenidən püskürmə ehtimalı… – VİDEO

Paytaxtın Binəqədi rayonunda yerləşən Keyrəki palçıq vulkanı püskürüb.
Xezerxeber.az məlumat verir ki, vulkan 3,5 hektara yaxın əraziyə yayılıb. Xaric olmuş püskürmə məhsullarının qalınlığı mərkəzdə 3 metrə yaxın, kənarlarda isə 20-30 santimetr təşkil edib.
Yaxınlıqda yaşayan sakinlərin sozlərinə görə , püskürmə zamanı bəzi evlərdə çatlar əmələ gəlib.
Sonuncu dəfə bu vulkanın püskürməsi 2014-cü ildə qeydə alınıb.
Geologiya və Geofizika Institutunun elmi işçisi Orxan Abbasov deyir ki, bu palçıq vulkanı nəinki Azərbaycanda, hətta dünyada ən təhlükəli palçıq vulkanları sırasındadır.
Elmi işçinin sözlərinə görə, palçıq vulkanları ilə tikinti obyektləri arasında ən azı 2 km-dən artıq məsafə olmalıdır. Ancaq həmin ərazidə tikilən evlər palçıq vulkanına 2 km-lik məsafədən də yaxındır.Vulkanın yenidən püskürmə ehtimalı da var.
Orxan Abbasov bildirdi ki, palçıq vulkanının riskləri ilə bağlı mütəmadi olaraq aidiyyati qurumlara xəbərdarlıq edilir.
Manevr.az Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar