Xəbər lenti
3 polisi qətlə yetirən Rövşənlə bağlı ŞOK DETALLAR
"Rövşəni uşaqlıqdan tanıyıram. Əvvəllər məhkumluq həyatı yaşadığını bilirdim. Bir il əvvəl öyrəndim ki, imkanlı bir adamın külli miqdarda pulunu da oğurlayıb".
Manevr.az xəbər verir ki, bunu Bakıda keçirilən əməliyyat zamanı üç polis əməkdaşını qətlə yetirən Rövşən Allahverdiyevin qonşusu Ramiz İbrahimzadə "Baku TV"yə açıqlamasında deyib.
"Rövşənin axtarışda olduğunu bilmirdim. Atası içki aludəçisi idi. Özü də imkanlı adamların həyətlərində işləyirdi. Özünü elə aparırdı ki, sanki yer üzündə ondan yaxşısı yoxdur. Rola girib kiminsə mal-mülkünə göz dikirdi. Bildiklərimi həmin adamlarla yaxınlığım olmadığı üçün onlara deyə bilmirdim", - deyə qonşu əlavə edib.
Xatırladaq ki, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına əsasən, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.
Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar