Sizin Reklam Burada
Xəbər lenti
05-10-2024
04-10-2024
BÜTÜN XƏBƏRLƏR

Qaxda yük maşını ağaca çırpılıb, xəsarət alan var

Tarix: 24-06-2024 09:12     Baxış: 382 A- / A+
Qaxda yük maşınının ağaca çırpılması nəticəsində bir nəfər xəsarət alıb.

Hadisə gecə saat 4 radələrində Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Güllük kəndi ərazisindən keçən hissəsində baş verib.

Balakən rayon sakini 1966-cı il təvəllüdlü Nəsib Mamed oğlu Mustafayevin idarə etdiyi "Mercedes Atego" markalı 90-LR-851 dövlət nömrə nişanlı yük maşını idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı maşında olan sərnişin Balakən rayon sakini 1985-ci il təvəllüdlü Əli Nizami oğlu Dato xəsarət alıb və o, maşının kabinəsində sıxılmış vəziyyətdə qalıb.

Ə.Dato Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq hadisə yerinə çağırılmış Qax Rayon Təcili Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Ə.Dato Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. apa Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar