Sizin Reklam Burada
Xəbər lenti
30-06-2024
BÜTÜN XƏBƏRLƏR

Əməkdar rəssam İsa Məmmədov vəfat etdi

Tarix: 23-06-2024 12:48     Baxış: 343 A- / A+
Əməkdar rəssam İsa Məmmədov vəfat etdi
Əməkdar rəssam İsa Məmmədov 68 yaşında vəfat edib.
Manevr.az xəbər verir ki, bu barədə onun həmkarları sosial şəbəkələrdə məlumat yayıblar.
Onların sözlərinə görə, İ.Məmmədov bu gün dünyasını dəyişib.
Qeyd edək ki, İ.Məmmədov 5 mart 1956-cı ildə Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub. O, 1979-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1988-ci ildə M. A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəngkarlıq fakültəsini bitirib.
Rəssamın Türkiyədə (2009), "Bakı-Berlin” Qalereyasında (2010, Almaniya), Bakıda (2011) və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində "Mənim Vətənim" (2016, 2020, Bakı) adlı fərdi sərgisi kecirilib.
İ.Məmmədov "Göl kənarında” (1993), "Abşeron bağları” (1997), "Toxucu qadın” (1998), "Bakı bağları” (1999), "Toxucu qız” (2000), "Çətirli qadın” (2000), "Bakı Venesiyası” (2005), "Aşıq Pəri” (2005), "İsmayıllı” (2013) və s. adlı əsərlərin müəllifidir.
Rəssam uzun müddət Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyət göstərib. O, Azərbaycan Rəssamlar İttifaqının və YUNESKO-nun nəzdindəki Rəssamlar Birliyinin üzvü idi.
İ.Məmmədov 2021-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar