Su bəndindən cansız bədənləri çıxarıldı: Birinin 16, digərinin 20 yaşı var idi
Cəlilabad rayonunda iki həmkəndlinin suda boğulmasının təfərrüatı məlum olub.
Hadisə bu gün Cəlilabadın Hamaraqışlaq kəndində yerləşən su bəndində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Nihat Aşurov qoyunları yuyarkən su bəndinə yıxılıb. Ona kömək etmək üçün digər kənd sakini, 2004-cü il təvəllüdlü İbrahim Həsənov suya atılıb. Lakin az sonra hər iki şəxs suda görünməz olub. Yaxınlıqdakı şəxslər ilk olaraq Nihatın cansız bədənini sudan çıxarıblar. Lakin İbrahimin axtarışı nəticə verməyib. Onun meyiti hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb.
Hər iki şəxsin meyiti Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.
Hadisə ilə bağlı müvafiq araşdırmalar davam etdirilir. report
Manevr.az