Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Avtomobili qanunsuz idarə edən şəxs intihara CƏHD ETDİ

Tarix: 13-06-2024 12:11     Baxış: 3177 A- / A+


 
İyunun 12-də saat 08 radələrində İmişli rayonunda 2-ci Qarabağ müharibəsi iştirakçısı, 1992-ci il təvəllüdlü Həsənov Allahşükür Vaqif oğlu 99-MP-301 dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobili etibarnamə olmadan və nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik etdiyi üçün DYP əməkdaşları tərəfindən saxlanılıb.
Rayon ərazisində avtomobillə təhlükəli manevrlər edən sürücü özünü müharibə iştirakçısı kimi təqdim etməklə, avtomobili istədiyi kimi idarə edəcəyini əsas gətirərək qanunsuz hərəkətlərini davam etdirib.
İdarəetmə hüququ olmadan idarə edilən avtomobil mühafizə olunan duracağa yerləşdirilib. Sürücü barəsində toplanan materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Bu gün səhər saatlarında A.Həsənov duracağa gələrək qanunsuz tələblər irəli sürməklə üzərinə yandırıcı maddə tökərək intihara cəhd edib. Cəhdin qarşısı ətrafda olan şəxslər tərəfindən alınaraq o xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar