Kürdə batan 3 nəfərdən birinin meyiti tapıldı
Tovuzda bir neçə gün bundan əvvəl avtomobil ilə birlikdə Kürdə batan 3 nəfərdən birinin meyiti tapılıb.
Manevr.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli xilasetmə xidmətinin əməkdaşlarının apardıqları axtarışlar nəticəsində meyitin biri Kür çayının Tovuz rayonunun Əyyublu kəndi ərizəsindən keçən hissəsində aşkarlanıb.
Meyit tibbi ekspertizaya aparılıb. Onun kimliyi dəqiqləşdirilir. Digər iki nəfərin axtarışları isə davam etdirilir.
Qeyd edək ki, iyunun 3-də Tovuz rayonun Hunanlar kəndi ərazisində içərisində 3 nəfər olan “VAZ 2107” markalı minik avtomobili Kür çayına düşüb. Avtomobildə sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov olub.