Xəbər lenti
AZƏRBAYCANDA İNSANI SARSIDAN HADİSƏ: ana iki oğlunun meyitini tapdı - TƏFƏRRÜAT

Bu gün Qazax rayonunun Dəmirçilər kəndində 10 və 8 yaşlı iki qardaşın ölümü ilə nəticələnən dəhşətli hadisənin təfərrüatı məlum olub. Lent.az xəbər verir ki, hadisə azyaşlıların təsərrüfatlarına məxsus heyvanları otarmaq üçün sahəyə apardığı vaxtda baş verib. Belə ki, 10 yaşlı Mayramov Nihad Mürşüd oğlu ilə 8 yaşlı qardaşı Lətif sahədə olarkən anaları onlara zəng edib və nahara çağırıb. Lakin uşaqlar telefona cavab verməyib. Həyəcanlanan qadın uşaqların heyvanları harada otardığını bildiyindən dərhal sahəyə gedib və süni gölün yaxınlığında onların paltarlarını tapıb. Az sonra isə hər iki qardaşın göldə çimərkən boğulub öldüyü məlum olub.
Qeyd edək ki, ölən uşaqların atası hadisə vaxtı işdə olub. Ailə bədbəxt hadisə nəticəsində hər iki övladını itirib.
*****
16:29
Qazax rayonunda iki qardaş suda boğulub.
APA-nın Qərb bürosunun məlumatına görə, rayonun Dəmirçilər kənd sakini 2007-ci il təvəllüdlü Bayramov Nihad Mürşüd oğlu və 2009-cu il təvəllüdlü Bayramov Lətif Mürşüd oğlukəndin ərazisində süni yaradılmış göldə boğulub.
Qardaşların cəsədləri göldən çıxarılaraq ailələrinə təhvil verilib. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar