Polis mayoru serjantlarla birgə tutuldu - ÖMÜRLÜK HƏBS
Filippində əcnəbiləri qaçırmaqda şübhəli bilinən 4 polis məmuru həbs edilib.
İlkin məlumatlara görə, hüquq-mühafizə orqanlarının əməkdaşları üç çinli turistin və bir malayziyalının oğurlanmasında iştirak ediblər.
Küçə müşahidə kameralarının görüntülərinə görə, iki şübhəli keçən həftə Manila ətrafında əcnəbiləri daşıyan dəbdəbəli mikroavtobusu pusquya salıb.
Bundan sonra onların ortaqları turistlərin qollarını qandallayıb və avtomobilə sürükləyiblər. Oğurlanan iki turist qaçaraq hadisə barədə səlahiyyətlilərə məlumat verə bilib. Girov olaraq qalan kişilər döyülüb və azadlığa buraxılmaları üçün təxminən 2.5 milyon peso (təxminən 70 min manatdan çox) pul ödəyiblər.
Filippin Milli Polisinin rəhbəri general Fransisko Marbil Rommel bildirib ki, polis əməkdaşlarının qeyri-qanuni fəaliyyətlə məşğul olması sevindirici hal deyil:
“Bu, ömürlük həbslə cəzalandırılır və digər polis məmurlarına ciddi xəbərdarlıq olmalıdır”.
Polisin hadisə ilə bağlı yaydığı məlumatda bildirilir ki, oğurluq hadisəsində bir polis mayoru və onun tabeliyində olan 3 serjant iştirak edib. Onlar artıq quldurluq, adam oğurluğu və avtomobil oğurluğu maddələri ilə ittiham olunublar.
İşdə iştirak edən 10 mülki şəxs, o cümlədən adam oğurluğunu planlaşdırdığı iddia edilən filippinli iş adamı azadlıqdadır. lent.az
Manevr.az