Sizin Reklam Burada
Xəbər lenti
28-09-2024
27-09-2024
BÜTÜN XƏBƏRLƏR

Üç dostu birləşdirən faciəli ölüm: Beş yaşlı qızı atasını axtarır - Şəkillər

Tarix: 06-06-2024 22:27     Baxış: 4141 A- / A+

Tovuzda istirahətə gedən dörd dost gecə vaxtı geri qayıdarkən avtomobillə Kür çayına düşüb.

Nəticədə dostlardan üçü çayda batıb, onlardan yalnız biri üzərək sudan çıxa bilib. İtkin düşənlərin qohumlarının sözlərinə görə, suyun olduqca dərin olması axtarış işlərini çətinləşdirir.

"Dörd gündür mən buradayam. Qüvvə azdır, bizə əsas axtarış qrupu lazımdır. Aidiyyəti qurumlardan xahiş edirəm, əlavə qüvvə göndərsinlər, yardım əlini üzərimizdən çəkməsinlər. Heç olmasa, meyitini tapaq, balalarının gözü yoldan yığılsın", - itkin düşən Tural Quliyevin atası deyib.

Qeyd edək ki, ilkin məlumata görə, hadisəyə səbəb işlək avtomobil yolunun sel nəticəsində sıradan çıxması olub. Gecə saatlarında sürücü yolu müəyyən edə bilmədiyindən avtomobil çaya düşüb. oxu.az 

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar