Sizin Reklam Burada
Xəbər lenti
16-07-2025
15-07-2025
BÜTÜN XƏBƏRLƏR

Məktəbdə 10 yaşlı qıza qarşı əxlaqsızlıq edən usta həbs olundu

Tarix: 05-06-2024 22:15     Baxış: 3205 A- / A+

Şəmkir rayonunun kəndlərinin birində yerləşən orta məktəbdə 10 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etmiş şəxs həbs olunub.

Məktəbə usta kimi dəvət edilmiş və bu zaman orada şagirdlərdən birinə qarşı əxlaqsız hərəkətlər etmiş 1964-cü il təvəllüdlü Məmməd Məmmədov (şərti ad-soyadlı) Cinayət Məcəlləsinin 153.2-ci (Əxlaqsız hərəkətlər) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Bildirilib ki, M.Məmmədov məktəbin müəllimlərindən biri tərəfindən sinif otağının pəncərəsi sındığı üçün məktəbə dəvət edilib. Orada olarkən 64 yaşlı kişi 4-cü sinif şagirdi olan Kərimənin (şərti adlı) tək olduğunu görərək ona yaxınlaşıb və xoşagəlməz hərəkətlər edib. Məmmədin əlindən çıxan şagird məktəbin arxa tərəfinə qaçıb.

Azyaşlı qız daha sonra evə getdikdə ağlayaraq hadisə barədə anası və dayısı arvadına danışıb.

Hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra M.Məmmədov bu ilin 7 yanvar tarixində həbs edilib. Mayın 7-də isə Şəmkir Rayon Məhkəməsi ona hökm oxuyub. Təqsirləndirilən şəxs məhkəmədə törətdiyi əməli etiraf edib. O, azyaşlını öz nəvəsi kimi doğmalıq hissi ilə öpdüyünü deyib.

Məhkəmə M.Məmmədova 2 il 3 ay həbs cəzası verib. qafqazinfo 

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar