Xəbər lenti
İnternetdə tanış olduğu şəxs başına oyun açdı – BAKIDA QULDURLUQ
Bakıda quldurluq hadisəsi baş verib. Manevr.az xəbər verir ki, Xəzər rayon Binə qəsəbə sakini, İbadov Şamxal Ariz oğlu polisə müraciət edərək bildirib ki, tanımadığı şəxsin hücumuna məruz qalıb. Şikayətçinin sözlərinə görə, özünə məxsus “Canon” markalı fotoaparatı internet vasitəsi ilə satmağa çalışıb. Bu zaman Qala qəsəbəsində yaşayan və şəxsən tanımadığı şəxs onunla əlaqə yaradıb və Qalaya dəvət edib. Fotoaparatı satmaq üçün Qalaya gedən Şamxal burada həmin şəxsin silahlı hücumuna məruz qalıb. Naməlum şəxs soyuq silah qismində istifadə etdiyi bıçaqla Ş.İbadovu hədələyərək fotoaparatı, “LG” markalı telefonunu və 50 manat pulunu əlindən alıb.(lent.az)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































