Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azər Maqsudova 6 ilədək həbs verilə bilər

Tarix: 04-06-2024 16:35     Baxış: 3145 A- / A+
Həmin qəzaya görə Azər Maqsudova 6 ilədək həbs verilə bilər
Tanınmış alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə ittiham olunan Azər Maqsudovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Manevr.az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Azər Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması-ölümlə nəticələndikdə) maddəsi ilə yekun ittiham verilib. Bu maddənin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 
Məhkəmə işdə yüngülləşdirici hallar müəyyən edərsə, Maqsudov təqsirli bilindiyi halda cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkə bilər.
İşi hakim Anar Rzayev araşdıracaq.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında baş verib. Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir. Qəza o, evə gedərkən Sabunçu rayonu ərazisində qeydə alınıb. A.Maqsudov haqda istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar