Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

İki gəncin ölümünə səbəb olan şəxsə hökm oxundu

Tarix: 03-06-2024 17:50     Baxış: 3340 A- / A+

Ötən il dekabrın 9-da Masallıda iki gəncin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş 1999-cu il təvəllüdlü Qorxmaz Hüseynovun məhkəməsi başa çatıb.

Manevr.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Toyota Carolla” markalı avtomobillə Lənkəran-Boradigah-Masallı yolunun kənarında 20 yaşlı İslam Əliyev və 17 yaşlı İsa Cavadovu vuraraq ölümlərinə səbəb olan sürücüyə hökm oxunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Q.Hüseynov Cinayət Məcəlləsinin 263.3-cü (2 və ya daha çox şəxsin ölümü ilə nətivələn yol-nəqliyyat hadisəsi) maddəsi üzrə təqsirli bilinib.

Məlum olub ki, Q.Hüseynov hadisə vaxtı avtomobili maksimal sürət həddi saatda 60 kilometr təyin edilmiş yerdə 120 km/saatla idarə edib. O, qəza anında idarəetməni itirib və maşın yoldan çıxaraq kənarda yerləşən marketlərdən birinin qarşısında dayanmış iki gəncə çırpılıb. Nəticədə İslam Əliyev və İsa Cavadov hadisə yerində ölüb.

Bildirilib ki, qəzada həyatını itirən İslam Əliyev həm də gənc şair olubonun şeirləri bir neçə dəfə mətbuatda dərc edilib.

Məhkəmənin hökmü ilə Q.Hüseynova 7 il həbs cəzası verilib. Onun həbs müddətindən sonra 4 il avtomobil idarə etməsi də qadağan edilib.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar