Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda taksi sürücüsü 15 yaşlı sərnişini ilə cinsi əlaqədə oldu

Tarix: 01-06-2024 09:31     Baxış: 3209 A- / A+

Mayın 27-də Bakıda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan taksi sürücüsü həbs edilib.

Sumqayıt şəhər sakini olan 1993-cü il təvəllüdlü İsmayıl Həsənov Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Cinayət işinin araşdırılması zamanı məlum olub ki, İsmayıl "Bolt" sistemi üzrə taksi sürücüsüdür. O, bir müddət əvvəl Xəzər rayonu Binə qəsəbəsində taksiyə müştəri kimi əyləşmiş 15 yaşlı Mələklə (şərti adlı) tanış olub və onun mobil nömrəsini götürüb. Daha sonra qızla yazışmağa başlayan taksi sürücüsü onunla gizli görüşüb. Yeniyetmə qız valideynləri evdə olmadığı vaxt İsmayılla görüşərək intim münasibətdə olub.

Yeniyetmənin anası hadisə barədə öyrəndikdən sonra qızının adından İsmayılla yazışmağa başlayıb və onlar arasında baş vermiş hadisəni dəqiqləşdirərək polisə şikayət edib.

Xəzər Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli hökmü ilə İsmayıl Həsənov 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, məhkəmə zalında həbs edilib. publika.az 

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar