Xəbər lenti
Salyanda canavar kəndə hücum edib: 2 yaralı-yırtıcı öldürüldü

Salyan rayonunda canavar sakinlərə hücum edib.
Manevr.az "report"a istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında rayonun Şəkərli kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakinləri, 45 yaşlı Nazlı Məmmədağa qızı Səmədova və onun qohumu, 48 yaşlı Tahirə Həbulla qızı Səmədova odun yığarkən canavarın hücumuna məruz qalıblar. Yırtıcı hər iki qadının qollarını dişləyərək onlara müxtəlif dərəcəli xəsarətlər yetirib.
Qadınların köməyinə yaxınlıqdakı çobanlar gəlib. Onlar canavarı öldürüblər.
Zərərçəkənlər dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxanada quduzluq əleyhinə vaksin vurulduqdan və digər tibbi tədbirlər görüldükdən sonra yaralılar ambulator müalicəyə buraxılıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar