Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rəisinin ölümü: Sağ qalan 2-ci cangüdənin sirri üzə çıxdı

Tarix: 29-05-2024 09:08     Baxış: 3186 A- / A+

Məşhur "The Time" dərgisi sensasion məlumat yayıb. Bu məlumat İran prezidenti Rəisinin faciəvi ölümü ilə bağlı yeni suallar yaradır.
Qərbin ən nüfuzlu nəşrlərindən olan "The Time"sda gedən "The Questions Lingering Around the Death of Iran's President" (İran prezidentinin ölümü ilə bağlı suallar) adlı məqaləsinin girişində yazır: "Mayın 19-da İran prezidenti İbrahim Rəisini daşıyan helikopter itkin düşən zaman ilkin məlumatlarda deyilirdi ki, göyərtədə ikisi cangüdən olmaqla 9 sərnişin olub. Amma qəzada ölənlərin qalıqları tapıldıqdan sonra cəsədlərin sayı 8-ə düşdü. Dörd gün sonra sosial şəbəkələrdəki paylaşımlarda ikinci mühafizəçinin sirri üzə çıxdı: Cavad Mehrabl İbrahim Rəisinin anım mərasimində peşman bir halda göründü. Mətbuat bildirdi ki, son anda sağ qalan cangüdənin rəhbəri Mehdi Musəvi onu prezidentin helikopterindən kənarlaşdırıb və həmin gün hərəkət edən digər iki konvoya yollayıb. 
Mehdi Musəvi qəzada öləndən sonra onun atası İran dövlət televiziyasına bildirib ki, oğlunun bu səfərdən qayıtmayacağını bilirmiş.
"Səfərdən bir gün əvvəl o, bizi ziyarət etdi", - ata kamera qarşısında deyib.
"O, sağollaşdı və maşınına mindi, amma geri qayıtdı və 20 dəqiqə də bizimlə bir yerdə qaldı. Sonra getdi, lakin qısa bir yoldan sonra yenidən qayıtdı və bizimlə daha 10 dəqiqə vaxt keçirdi". Ata danışarkən az qala boğulur. "Oğlum üçüncü dəfə bizimlə sağollaşanda anasını öpdü, sonra əyilib anasının ayağından da öpdü, məni öpdü, sonra əyilib mənim də ayaqlarımdan öpdü.
"O zaman onun gedəcəyini və bir daha geri dönməyəcəyini bilirdim, bir daha görüşməyəcəyimizi bilirdim"...
Mehdi Musəvi İran prezidenti İbrahim Rəisinin təhlükəsizlik xidmətinin rəhbəri olub. Onun belə bir davranış sərgiləməsi təsadüfi ola bilərmi? Bu davranış ondan xəbər verir ki, Mehdi Musəvi sui-qəsd təhlükəsindən xəbərdar olub. Bu suala konkret cavab vermək çətindir. Ancaq bu olay bir daha baş verən qəzanın İranın daxilindən qaynaqlandığını deməyə ciddi əsaslar verir. (Yeni Müsavat)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar