Xəbər lenti
Gəncədə narkoman cinayət məsuliyyətindən yayınmaq üçün həyatına qəsd etdi
Gəncə şəhərində əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum olunmuş 1999-cu il təvəllüdlü Namədin Əliyev cinayət məsuliyyətdən yayınmaq üçün intihara cəhd edib.Ailə üzvlərinin müraciəti əsasında barəsində aparılan araşdırmanın dayandırılması məqsədilə törədiyi əməllərə görə elektron qolbaq daşıyan N.Əliyev mayın 21-də şəhər ərazisində narkotik vasitənin təsiri altında üzərinə yandırıcı maye tökərək ailə üzvlərindən şikayətlərini geri götürmələrini tələb edib, onlara qarşı iddialar səsləndirib.
Ətrafda olan şəxslərin köməyi ilə intihar cəhdinin qarşısı alınıb və o, xəstəxanaya yerləşdirilib.
Mayın 25-də göstərilən tibbi müdaxilələrə baxmayaraq, həmin şəxs xəstəxanada ölüb.
Hazırda aidiyyəti üzrə hadisənin təfərrüatı araşdırılır.
Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































