Astaraya qonaq gedən Əfqanıstan vətəndaşı ölüb.
Manevr.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, hadisə Astara rayonun Pəlikeş kəndində baş verib.
Əfqanıstan vətəndaşı 68 yaşlı Mohammad Rasul Fahimi həmin kəndə qonaq gedib. Hələlik məlum olmayan səbəblərdən o, qonaq olduğu ünvanda ölüb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün səbəbi məlum olacaq.
Məlumata görə, Mohammad Rasul Fahimi Pəlikeş kənddən olan xanımla evlənib və Bakı şəhərində yaşayırdı.
Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar


































