Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
BÜTÜN XƏBƏRLƏR

İki uşaq atasına yaran çirk edəndə gələrsən dedilər, 10 dəqiqə içində öldü

Tarix: 24-05-2024 22:20     Baxış: 3189 A- / A+
Cəlilabadda 31 yaşlı kişinin ölümü ilə bağlı bəzi detallar məlum olub.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vəfat edən rayon sakini, 1993-cü il təvəllüdlü Vahid Sübhan oğlu Nuriyevin qonşusu Rəşad Əzizov Baku TV-yə açıqlamasında bildirib ki, səhər saatlarında problemlə bağlı xəstəxanaya müraciət ediblər.

"Üç-dörd dəfə onu xəstəxanaya apardıq, dedilər ki, gedin, yara çirklənəndə gələrsiniz, heç bir problem olmayacaq. Bu gün səhər xəstəxanaya apardıq, sağ ayağı tamamilə şişmişdi. Üç dənə sistem qoşdular, amma faydası olmadı. Birdən-birə halı pisləşdi, reanimasiyaya qaldırdılar. 10 dəqiqə sonra məlumat verdilər ki, vəfat edib".

R.Əzizov qeyd edib ki, Vahid iki uşaq atası olub və usta kimi çalışıb:

"Yoldaşı da xəstədir. Kasıbçılıqla dolanırdılar".

Məsələ ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 17:10-da xəstəxanaya cinsiyyəti kişi olan, 1993-cü il təvəllüdlü xəstə müraciət edib.

"Aşağı ətrafların flebiti və dərin drombo filipiti diaqnozu ilə xəstəyə ilkin tibbi yardım göstərilib. Təcili yardım şöbəsində xəstənin halı pisləşib və reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstədə bioloji ölüm halı qeydə alınıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda qeyd edilib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar